Finlandiya və İsveç Hərbi Hava qüvvələri birgə təlim keçirir

Finlandiya və İsveç Hərbi Hava qüvvələri birgə təlim keçirir

Finlandiya Hərbi Hava Qüvvələri İsveç hərbçilərinin iştirakı ilə genişmiqyaslı “Ruska 22” (“Ruska-2022”, fin dilində “Qızıl payız”) ​​ təlimlərinə start verilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.

Finlandiya Hərbi Hava Qüvvələrinin bütün bölmələrinin iştirak edəcəyi təlimlər oktyabrın 3-dən 8-dək davam edəcək. Təlimlərə 3700 hərbçi, o cümlədən 2400 ehtiyatda olan hərbçi cəlb olunacaq.

Manevrlərdə 50 təyyarə iştirak edəcək: onların əksəriyyəti “F/A-18 Hornet” qırıcıları, həmçinin “Hawk” təlim təyyarələri və nəqliyyat təyyarələridir.

Bundan əlavə, İsveç Hərbi Hava Qüvvələrinin bölmələri və bu ölkənin “Saab” şirkətinin “JAS 39 Gripen” qırıcıları təlimdə iştirak edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...