Naxçıvanda həbslər davam edəcək: - “Kimin harada, nəyi olduğu bəllidir...”

  Naxçıvanda həbslər davam edəcək: -
“Naxçıvanda səlahiyyətlərin azaldılması ilə bağlı islahatlara gedilir. Bu həbslər də həmin islahatların tərkib hissəsidir”.

GUNDEMİNFO.AZ bildirir ki, bu sözləri keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bakupost.az -a olan açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan uzun müddət idi, toxunulmaz vadi idi və orada baş verən proseslər - maliyyə məsələləri, məmur özbaşınalığı ilə bağlı həddindən artıq şikayət var idi:

"Əvvəl-axır bir nöqtəyə gəlib çatmalı idi. Naxçıvanda xüsusi olaraq şişirdilmiş bir səlahiyyət mövcud idi. Artıq DTX orada nazirlik səviyyəsində olan, müstəqil fəaliyyət göstərən qurumu baş idarə ilə əvəz edib. Yoxlama prosesləri də davam etdirilir. Gömrükdən maliyyəyə qədər harada vəsait yeyintiləri varsa, DTX orada öz işini görür. Səlahiyyətlərin azaldılması ilə bağlı islahatlara gedilir. Bunlar lazımdır. Həbslər də islahatların tərkib hissəsidir. Hazırda aparılan həbslərin sonuncu olacağına inanmıram. Orada indiyə kimi yeyintilər olub. İndi də kimin harada, nəyi olduğu bəllidir. Bu vəsaitlərin mənbəyinə qədər gedib çıxılmalıdır. Bu, birdən-birə hansısa gəncin sürətli varlanması yox, dövlətin pulunun yeyilməsi deməkdir, maliyyə təhlükəsizliyi məsələsidir. Azərbaycana hal-hazırda vəsait lazımdır ki, Qarabağı dirçəldək. Mənimsənilən pullat geri qaytarlmalı və Qarabağda quruculuq işlərinə yönəldilməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...