Səhhət Həbibbəylinin taleyi necə olacaq? – “Bu məsələdə mütləq günahkardır”

Səhhət Həbibbəylinin taleyi necə olacaq? –
“Bir dövlət qurumunda məmurun rəhbərliyi altında bu dərəcədə genişmiqyaslı cinayət törədilirsə, mənimsəmələr baş verirsə, ya da ki, qanun pozuntuları olursa, rəhbər vəzifəli şəxsin bundan xəbəri olub-olmamasından asılı olmayaraq, o, bu məsələdə mütləq günahkardır”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Yenisabaha.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Mütəxəssis ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhhət Həbibbəylinin ətrafında baş verən hadisələrə münasibət bildirib.

Ekspertə görə, Naxçıvan DGK-sının sədri bu məsələdə faktiki günahkardır:

“Biri var, xəbəri var, amma göz yumub, şərait yaradıb, biri də var, xəbəri olmayıb, bax, bu, daha pisdir. Yəni onun rəhbərliyi altında, yaxud məsuliyyət sahəsinə daxil olan bir qurumda bu cür genişmiqyaslı qanun pozuntuları baş verirsə, deməli, rəhbər şəxs mütləq məsuliyyətə cəlb olunmalıdır. Qısası, onun əməkdaşları həbs olunursa, mütləq o da bu məsuliyyəti onlarla bölüşməlidir”.

A. Nəsirlinin fikrincə, Azərbaycanda qohumbazlıq, klançılıq, yaxud bəzi zümrədən olan insanların belə məsələlərdə immunitet qazanması belə bir şəraitə gətirib çıxardır. Müsahibimiz bu barədə Eldar Mahmudovdan misal çəkməyi də unutmayıb:

“Bu, birinci hal da deyil. Mən elə Azərbaycanın özündən misal gətirəcəyəm. Keçmiş MTN-də o boyda cinayət işi açıldı, onlarla adam həbs olundu, amma Eldar Mahmudov bugünə qədər hələ də azadlıqdadır. Onun bu məsələdə əlinin olmaması isə mümkün deyildi. Bunlar elə şeylər idi ki, bütün cəmiyyət də bunu bildi. Yəni Eldar Mahmudov “dobro” vermədən bu məsələlərin həyata keçirilməsi mümkün deyildi. Amma Eldar Mahmudov bu gün azadlıqdadır və heç bir məsuliyyətə cəlb olunmur. Ola bilsin ki, o, hansısa formada qeyri-qanuni şəkildə cəzalandırılıb, amma qanuni şəkildə heç bir cəza almayıb. Səhhət Həbibbəyli məsələsi də onun kimi bir şeydir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...