"Azərlotereya" Türkiyə şirkətinə verildikdən sonra 260 milyon qazanıb

"Azərlotereya" Türkiyə şirkətinə verildikdən sonra 260 milyon qazanıb
Ötən il "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ümumi gəlirləri 258 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, ASC-nin gəlirləri əvvəlki illə müqayisədə 6 dəfəyə yaxın artıb.
Son bir ildə "Azərlotereya"nın xalis mənfəəti 41 milyon manat olub. Şirkətin xalis mənfəəti 2021-ci illə müqayisədə 5,5 dəfə artıb.
Məlumat üçün bildirək ki, Azərbaycan ərazisində bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi fəaliyyətini həyata keçirən "Azərlotereya" ASC 2002-ci ildə yaradılıb. ASC-nin təsisçisi İqtisadi İnkişaf Nazirliyidir.
"Azərlotereya" ASC 2021-ci ilin yanvar ayında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilib.
Zafer Reisoğlu 2021-ci ilin ilin may ayında "Azərlotereya"nın İdarə heyətinin sədri təyin olunub.
Nizamnamə kapitalı 200 000 manat olan ACS-yə əvvəllər Azərbaycan vətəndaşı olan Maqsud Tağıyev rəhbərlik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
377 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...