Ermənistan nümayəndələri gələn ay Bakıya gələcəkmi ?

Ermənistan nümayəndələri gələn ay Bakıya gələcəkmi ?

Artıq 74-cü Beynəlxalq Astronavtika Konqresinə az müddət qalıb. 2 Oktyabr tarixdə tədbirin açılışı olacaq.

Dünyanın kosmos ailəsinin, kosmosla əlaqəli beynəlxalq qurumların 5000-dən çox nümayəndəsinin Bakıya toplaşacağı gözlənilir.
Azərkosmos tez-tez Konqresə hazırlıqlar, dəvətlər, konqresin gündəliyi, baş tutacaq tədbirlər və sərgilər haqqında məlumatlar paylaşır.
Hiss olunur ki, qurum bu tədbirə ciddi hazırlaşır.

İlon Maskın və digər tanınmış qlobal texnoloji liderlərin və qurumların da Konqresə qatılacağı gözlənilir.

Görəsən kosmos ailəsinin üzvü olan Ermənistan Konqresə qatılacaqmı?

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Osman Gündüz açıqlama verib.

- Bildiyim qədər Azərkosmos Ermənistana dəvət göndərməyi nəzərdə tutmuşdu. Lakin qurum hələlik bununla bağlı açıqlama verməyib.
Düşünürəm ki, belə bir dəvətin Azərkosmos tərəfindən göndərilməsi məntiqli və ağlabatan olardı.

Yeri gəlmişkən, ötən ildən ArmSat1 müşahidə peykini İspaniya şirkətinin köməyi ilə hazırlayan Ermənistan yeni bir müşahidə peykini - Hayasat-1 peykini də hazırlayır. Açıqladıqlarına görə peykin müəyyən komponentlərini yerli qurumlar hazırlayır.

Ermənilər bu peyki noyabrın sonunda SpaceX vasitəsilə kosmosa qaldırmağı planlaşdırıblar.

Xatırladıram ki, Azərkosmos rəhbəri Saməddin Əsədov da Azərbaycanın növbəti AzerSky2 peykinin SpaceX ilə orbitə qaldırıla biləcəyini vurğulamışdı. Hələlik bu təsdiqlənməyib.

Güman etmək olar ki, bu AzerSky2-nin istehsalı və orbitə qaldırılması ilə bağlı gələn ay keçiriləcək Konqres çərçivəsində müqavilələr imzalansın.

Bu peykin istehsalçısının İsrailin "İsrael Aerospace Industries" şirkəti ola biləcəyi haqqında xarici mediada məlumatlar gedib.

Hazırda dəqiq olan budur ki, Azərkosmos cari ilin əvvəli qəflətən idarəetmədən çıxan AzerSky1 peykinin istehsalçısı olan Fransanın Airbus Defence and Space şirkəti ilə və onu orbitə qaldıran Hindistanın “Polar Satellite Launch Vehicle” şirkəti ilə əməkdaşlığı nəzərdə tutmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...