Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus testi alır – 418 minlik tender

Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus testi alır –
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Rinara Pharma” MMC olub.
Yeniavaz.com xəbər verir ki, Mərkəz tibbi sərfiyyat mallarının, laborator reaktivlərin və sərfiyyat mallarının, həmçinin PCR kit dəstlərin və onlara uyğun sərfiyyat mallarının satın alınmasına görə MMC-yə 418 min 286 manat 40 qəpik ödəyəcək.
Satınalmanın predmeti koronavirus infeksiyası ilə mübarizə tədbirləridir.
Nizamnamə kapitalı 10 manat olan “Rinara Pharma” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məh.40-42/60, ev 1, m. 88-də yerləşir. Şirkətin qanuni təmsilçisi Orucov Elnur Cəfər oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
289 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...