Komitə sabiq deputatın oğluna yarım milyonluq sifariş verdi

Komitə sabiq deputatın oğluna yarım milyonluq sifariş verdi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Kəlbəcər rayonunun Qılınclı və Nadirxanlı kəndlərinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərini “Qala Group” MMC (VÖEN – 1601355741) şirkətinə həvalə edib.

Ekonominfo.az xəbər verir ki, qeyd olunan işlər açıq tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma üsuli ilə “Qala Group” MMC-yə verilib.

Komitə görüləcək işlər üçün MMC-yə 437 min 700 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Qala Group” MMC2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 110 manat olan MMC-nin təsisçisi Orxan Mustafayevdir.

Orxan Mustafayev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevlə IV çağırış Milli Məclisin deputatı olmuş Aytən Mustafayevanın oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...