Türkiyəli sürücü: “Heç yerdə Azərbaycan gömrüyündəki qaydalar yoxdur” – VİDEO

Türkiyəli sürücü: “Heç yerdə Azərbaycan gömrüyündəki qaydalar yoxdur” –
“Əvvəlcə mallara baxış keçirilir. Daha sonra “X-ray” cihazından keçirilir. Daha sonra isə mallara yenidən baxış keçirilir. Dünyanın heç bir yerində belə şey yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bunu “Azadlıq radiosu”na Azərbaycandakı gömrük keçid məntəqələrindəki problemlərlə bağlı danışan türkiyəli TIR sürücülərindən biri deyib.
“Mən Almaniyada yoxlanışdan keçirəm. Deyirlər ki, hər hansı bir ölkədə saxlasalar, yoxlanışdan keçirildiyinə dair bu sənədi təqdim et. Yəni, deyir ki, əlavə yoxlanışa ehtiyac yoxdur. Amma mən Azərbaycanda 3 fərqli yerdə yoxlanışa məruz qalıram, səbəb nədir?” – o bildirib.
Sürücü deyib ki, Azərbaycana gələndə Zaqatalada 72 saat gözləməli olub:
“Gürcüstanda avtomobildən enməyə ehtiyac olmur. Mən Azərbaycanda 72 saat nəyi gözləyirəm?”
Daha ətraflı:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...