İsrail ordusu HƏMAS donanmasının rəhbərini məhv edib

İsrail ordusu HƏMAS donanmasının rəhbərini məhv edib
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində HƏMAS-ın dəniz qüvvələrinin komandiri Amar Əbu Cəlaləni məhv edib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun teleqram kanalında məlumat verilib.

Hərbi dəniz qüvvələrinin rəhbəri ilə yanaşı, HƏMAS-ın daha bir zabiti öldürülsə də, onun şəxsiyyəti açıqlanmayıb.

Bundan əvvəl İsrail ordusu Fələstinin HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri Asem Əbu Rakabanı məhv etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...