Agentlik xəstəxanaya 2,3 milyon ayırdı – Uşaqlarda ürək əməliyyatı aparılacaq

Agentlik xəstəxanaya 2,3 milyon ayırdı –
“İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Bona Dea” MMC (VÖEN – 1500007001) olub.
Müsabiqənin şərtlərinə görə “Bona Dea” MMC-nin tərkibində fəaliyyət göstərən “Liv Bona Dea Hospital”da uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması çərçivəsində kardiocərrahi əməliyyatlar aparılacaq. Bu əməliyyatların qarşılığında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Bona Dea” MMC-yə 2 milyon 264 min 220 manat vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Bona Dea” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsişçisi Taner Ozbekdir.
Şirkətə daha əvvəl azərbaycanlı iş adamı Faiq Əliyev rəhbərlik edib. 2018-ci ildə “Bona Dea International” hospitalı adı ilə fəaliyyətə başlayan xəstəxana 2022-ci ildə Türkiyənin “LIV Medical Group” şirkətiylə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu müqavilədən sonra xəstəxana “Liv Bona Dea Hospital” adlandırılıb.
Məlumat üçün onu da bildirək ki, yerli mətbuatda “Liv Bona Dea Hospital”ın SOCAR-ın sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə bağlı olması ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Ötən il Rövnəq Abdullayevin qızı Sevinc Abdullayeva özünün sosial şəbəkə hesabında xəstəxananın beynəlxalq təşkilat tərəfindən sertifikat alması ilə bağlı paylaşım edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...