Azərbaycanlı TIR sürücüləri günlərdir Belarus-Rusiya sərhədində gözlədilir VİDEO

Azərbaycanlı TIR sürücüləri günlərdir Belarus-Rusiya sərhədində gözlədilir
Azərbaycan TIR sürücüləri günlərdir soyuq havada Belarus-Rusiya sərhədində gözləməyə məcbur olublar. Bu barədə Hurriyyet.az-a müraciət edən sürücülər bildirirlər.

Onların sözlərinə görə, 09.01.2024-cü il tarixindən bu günə qədər sərhədi keçə bilməyiblər.

Sürücülər deyirlər ki, Rusiya tərəfi sərhəddi bağlayıb, bu səbəbdən də Azərbaycan, İran və Türkiyəyə məxsus yük maşınları 18-19 dərəcə şaxtada sərhəddə gözləməyə məcbur olub.

Sürücülər deyir ki, onlara 3-cü ölkəyə keçməyə icazə olmadığı bildirilir və bunun üçün ancaq Latviyadan keçib getməyin mümkün olduğu təklif edilir. Latviyadan keçmək üçün isə viza tələb olunduğundan, sürcülər çarəsiz vəziyyətdə qalıblar.

“Səfirliyə dəfələrlə zəng vurmuşuq, artıq zənglərimizi cavablandırmırlar, burda əlacsız vəziyyətdə qalmışıq. Bizə kömək edin, öz vətənimizə keçək”, - deyə sürücülər yetkili orqanlardan xahiş edirlər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...