Uşaqlar hazırda bu viruslardan əziyyət çəkir - AÇIQLAMA

Uşaqlar hazırda bu viruslardan əziyyət çəkir -
“Bir mövsümdə bu qədər infeksiyanın yayılması həddən çoxdur, odur ki...”- Həkimdən SOS

“Hazırda uşaqlar arasında qızdırma ilə birgə halsızlıq, zəiflik, baş ağrıları ilə müşahidə edilən xəstəlik yayılıb. Bəzi uşaqlarda eyni anda qızdırma, burun tıxanıqlığı, boğaz ağrısı, öskürək müşahidə edilir ki, bu qrip A, ya da influenza əlamətləridir. Eləcə də qızdırma ilə müşahidə edilən skarlatina, qızdırma ilə su çiçəyi, qızdırma ilə davam edən göyöskürək, qızdırma ilə qızılca, qızdırma ilə qusma- ishal kimi xəstəlikləri müşahidə edirik”.

Müsavat.com xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev bildirib.

O əlavə edib ki, bir mövsümdə bu qədər infeksiyanın yayılması çoxdur: “Burada valideynlərin diqqət etməli olduğu bir çox məqamlar var. İlk günlərdə qızdırmanın normaya düşməsini gözləməsinlər, bu lazım da deyil. Həm öz başına antibiotik vermək olmaz. Səpkili infeksiyalara diaqnozu həkim qoymalıdır, özbaşına müalicə aparmaq olmaz. Ona görə uşaqlar vaxtında həkim nəzarətində olmalıdır ki, xoşagəlməz ağırlaşmalar olmasın. Uşaqların peyvənd olunması isə əsla təxirə salınmamalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
299 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...