Dünyada ən çox və ən az ət yeyən ölkələr – Azərbaycan regionda sonuncudur
60 il ərzində – 1961-2021-ci illərdə dünyada adambaşına düşən gündəlik ət istehlakı təxminən 2 dəfə artıb.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan hesabatda yer alıb.
Bildirilir ki, 1961-ci ildə dünyada adambaşına düşən gündəlik ət istehlakı 62,8 qram olub. 60 ildən sonra bu göstərici 117,4 qrama yüksəlib.
Azərbaycanda isə ət istehlakı aşağı düşüb. FAO-nun hesabatında qeyd olunur ki, 1961-ci ildə keçmiş SSRİ-də adambaşına düşən gündəlik ət istehlakı 108,5 qram olub. 2021-ci ildə Azərbaycanda adambaşına düşən gündəlik ət istehlakı 101,8 qrama düşüb.
Keçmiş SSRİ ölkələri arasında ət istehlakının ən çox azaldığı ölkə Tacikistan və Azərbaycan olub.
1961-2021-ci illərdə adambaşına düşən gündəlik ət istehlakı keçmiş SSRİ ölkələrində aşağıdakı kimi olub:
Onu da bildirək ki, FAO-nun son hesabatına görə, dünyada adambaşına düşən gündəlik ət istehlakının ən aşağı səviyyədə olduğu 5 ölkə bunlar olub:
- Konqo – 8,3 qram
- Brundi – 9,6 qram
- Banqladeş – 11,8 qram
- Madaqasqar – 14,7 qram
- Hindistan – 15,6 qram
Adambaşına düşən gündəlik ət istehlakının ən yuxarı səviyyədə olduğu 5 ölkə isə bunlar olub:
- Honq Konq – 402,4 qram
- ABŞ – 347,5 qram
- Nauru – 344,3 qram
- Monqolustan – 316,6 qram
- Argentina – 316,4 qram
Bundan başqa, Avropa Birliyində adambaşına düşən gündəlik ət istehlakı 219,6 qram təşkil edir. 60 il əvvəl Avropa Birliyində adambaşına düşən gündəlik ət istehlakı 134 qram olub. Avropa Birliyi ölkələri arasında ən çox ət istehlak edən ölkə isə İspaniya hesab olunur. İspaniyada adambaşına düşən gündəlik ət istehlakı 274,9 qram olub.
322 dəfə oxundu