Azərbaycanda yüzminlərlə insan şəhərlərdə qeydiyyatsız yaşayır? – Ziddiyyətli statistika

Azərbaycanda yüzminlərlə insan şəhərlərdə qeydiyyatsız yaşayır? –
2023/24-cü təhsil ilində ümumi təhsil müəssisələrində 1 milyon 704,2 min uşaq təhsil alıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrində təhsil alan uşaqların 64,2%-i və ya 1 milyon 95,1 min nəfəri şəhər məktəblərində oxuyublar.
Müqayisə üçün bildirək ki, Azərbaycan müstəqillik əldə edən zaman – 1990/91-ci təhsil ilində ümumi təhsil müəssisələrində 1 milyon 349,5 min uşaq təhsil alıb və onların 49,3%-i və ya 665,5 nəfəri şəhər məktəblərində təhsil alıblar.
Qeyd olunan dövrdə şəhər məktəblərində oxuyan ibtidai sinif (1-4-cü siniflər) şagirdlərinin sayında da kəskin artım olub. Belə ki, 1990/91-ci təhsil ilində intidai siniflərdə 517,8 min uşaq təhsil alıb və onların 48,9%-i (253,3 min) şəhər məktəblərində oxuyublar. Lakin, 2023/24-cü təhsil ilində intidai siniflərdə 601,2 min uşaq oxuyub ki, onların da 64,5%-i (387,9 min) şəhər məktəblərində təhsil alıblar.
Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra şəhərlərdə təhsil alan şagirdlərin sayı artdığı halda, rəsmi statistikada şəhər əhalisinin sayında ciddi dəyişiklik qeydə alınmayıb. 1991-ci ildə Azərbaycan əhalisinin ümumi sayı 7 milyon 218,5 min nəfər olub və bunun da 53,5%-i (3 milyon 858,3 min) şəhərlərdə yaşayıb. Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycan əhalisinin ümumi sayı 10 milyon 180,8 min nəfər olub və bunun 54,5%-i (5 milyon 547,8 min) şəhərlərdə yaşayıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, şəhər əhalisinin sayında ciddi dəyişiklik olmayıb. Şəhər əhalsinin sayı ümumi əhalinin sayı ilə müqayisədə son 33 ildə cəmi 1 faiz bəndi artıb. Halbuki, son 33 ildə şəhər məktəblərində oxuyan şagirdlərin sayı ümumi şagirdlərin sayı ilə müqayisədə 15,6 faiz bəndi artıb.
Onu da qeyd edək ki, son 33 ildə əhalinin sayı ilə məktəblilərin sayındakı artım arasında da böyük fərq var. 1991-2024-cü illərdə əhalinin ümumi sayı ilə şəhər əhalisinin sayındakı artım təxminən eyni səviyyədə olsa da, məktəblilərin ümumi sayı ilə şəhər məktəblərində oxuyanların sayındakı artım arasında kəskin fərqlər var. Rəsmi statistikaya istinadən hazırladığımız cədvəldən bunu açıq şəkildə görmək mümkündür:


Azərbaycanda yüzminlərlə insan şəhərlərdə qeydiyyatsız yaşayır? –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...