Abdin Fərzəliyev, Azər Məmmədov və Balababa Rzayev hakim qarşısında

Abdin Fərzəliyev, Azər Məmmədov və Balababa Rzayev hakim qarşısında


Abşeron rayon İcra Hakimiyyəti, “Azəriqaz” İB və “Azərenerji” ASC bir qrup şəxs tərəfindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, hər üç dövlət qurumu ilə bağlı iddianı 6 sakin qaldırıb. Onlar PAŞAYEVA TUFAN BİLAL QIZI, QASIMOV LƏTİF ƏZİZ OĞLU, MƏMMƏDOVA İLAHƏ LƏTİF QIZI, ƏLİYEVA VÜSALƏ LƏTİF QIZI və SINANMIŞ RƏNA LƏTİF QIZIDIR. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. Digər səbəblər isə açıqlanmır. Tərəflər arasında bir müddətdir davam edəm prpsesdə hələlik heç bir nəticə əldə edilməsə də, son iclasdan sonra ekspertiza təyin edilib.
Sumqayıt İnzibati Məhkəməsində baxılan işlə bağlı növbəti proses 19 fevral tarixində keçiriləcək. İş hakim Leyla Mirzəyevanın icraatındadır.

Qeyd edək ki, bir qrup sakin tərəfindən məhkəməyə verilən Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “Azəriqaz” İB-in sədri Azər Məmmədov, “Azərenerji” ASC sədri isə Balababa Rzayevdir.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...