Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa- Bu qədər borcu var

Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa-
Sabiq deputatlığa namizəd Fariz Cəmilinin ölkədən çıxışına qadağa qoyulub.

Musavat.com xəbər verir ki, buna səbəb yaranmış vergi borcudur. Belə ki, onun rəhbəri olduğu “AZLOGİSTİK" MMC-nin vergiyə 40 min manat borcu yaranıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti borcun ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət edib. Müraciətə əsasən F.Cəmilinin ölkədən çıxışı məhdudlaşdırılıb.

51 yaşlı Fariz Cəmili 2020-ci ildə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...