Qusar xəstəxanasına vaxtı keçmiş dərmanlar verdiyi iddia edilən aptek işçisindən AÇIQLAMA
Xəbər verildiyi kimi Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddia edilir.
Qeyd edək ki, bu barədə “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev özünün Facebook hesabında paylaşım edib.
İddiasına görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.
M.Mehdiyev həkimlərin qrupundakı yazışmaları da paylaşıb və iddiaların reallığa söykəndiyini söyləyib.
Müqəddəs Mehdiyev həmçinin Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfərin dünyasını dəyişdiyini də iddia edib.
Sözügedən qalmaqallarda adıçəkilən İlhamə Hacıyeva məsələ ilə bağlı Bizim.Media-ya danışıb. O, deyib ki, paylaşılan yazışmalar qurmadır və düşmənçilik məqsədilə edilib:
“Adımı götürüb haradasa hallandırmaq mənim günahım deyil. Qusar xəstəxanasında belə bir şeyin olması sıfırın altındadır. Bu, xəstəxananın direktoru Kamil Hacıyevə qarşı qurulmuş təxribatdır və düşünülmüş, günlərlə qurulmuş plandır. Dəfələrlə belə hallar olub və bu da onun bir qoludur. Heç bir istinad mənbəyi olmayan bir məlumatdır. Özlərindən hər dəfə bir məlumat çıxarırlar və hər zaman da eyni adam paylaşır”.
İlhamə Hacıyevanın sözlərinə görə xəstəxananın başına gətirilən müsibətlər bununla bitmir:
“Bu günə qədər bu xəstəxanaya gəlmiş bütün müdirlərə qarşı oynanılan oyunlardır. İndi də bu müdiriyyətə qarşı görülən tədbirlərdir. Məqsəd xəstəxananın rəhbərliyinə və tibb müəssisəsinin özünə xələl gətirməkdir. Çünki direktor heç kəsə rüşvət vermir və həkimlərin də rüşvət almasının qarşısını alır. Çoxlarına isə deyəsən bu, sərf eləmir”.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib-etməyəcəyinə gəlincə, İlhamə Hacıyeva bir dəfə bununla bağlı müraciətlərinin olduğunu deyib:
“Bir dəfə müraciət etdik və xəstəxananın direktoruna qarşı iş açıldı. Nüfuzu isə yerləbir oldu. Ona görə də növbəti dəfə ora müraciət etməyi düşünmürük”, - deyə aptek işçisi əlavə edib.
62 dəfə oxundu