“Qarabağ” sektorun adını “Şuşa VIP” qoyub, biletləri 500 manata qaldırdı – FOTO
“Qarabağ”ın UEFA Çempionlar Liqasında “Kopenhagen”ə qarşı keçirəcəyi matç üçün biletlərin qiymətləri əvvəlki oyunlarla müqayisədə kəskin şəkildə artıb.
Yeniavaz.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunda VIP sektorlarda biletlərin qiyməti 500 manata qədər yüksəlib.
Qeyd edək ki, bu ilin avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Ferensvaroş” oyununda VIP sektorda biletlər 50–150 manat arasında dəyişib.
Məsələn, həmin oyunda “Media” sektoruna bitişik VIP sektorda biletin qiyməti 150 manat olub. “Qarabağ” – “Kopenhagen” oyununda isə həmin sektorun adı dəyişdirilərək “Şuşa VIP” qoyulub və biletin qiyməti bir nəfər üçün 500 manata qaldırılıb.
Bundan başqa, əvvəlki oyunda 29, 30, 37 və 38-ci sektorlarda bilet qiyməti 50 manat olub. “Qarabağ” – “Kopenhagen” matçı üçün həmin yerlərdə qiymət 4 dəfə artırılaraq 200 manata çatdırılıb. Sektorların adları da dəyişdirilib: 29-cu sektor “VIP Qubadlı”, 30-cu sektor “VIP Zəngilan”, 37-ci sektor “VIP Laçın”, 38-ci sektor isə “VIP Kəlbəcər” adlandırılıb.
Bunlardan əlavə, bəzi sektorlar “VIP Füzuli”, “VIP Cəbrayıl”, “VIP Ağdam”, “VIP Xankəndi” və “VIP Xocalı” adlandırılıb və bu sektorlarda da qiymətlər təxminən 4 dəfə artırılaraq 250–500 manat aralığında müəyyən edilib.
93 dəfə oxundu