Ərdoğan: "Əl-Bab mühasirəyə alınıb, növbəti hədəf İŞİD-in "paytaxtı" Rəqqadır"

Ərdoğan: "Əl-Bab mühasirəyə alınıb, növbəti hədəf İŞİD-in "paytaxtı" Rəqqadır"


Suriyanın İŞİD terror qruplaşması tərəfindən işğal olunmuş Əl-Bab şəhəri mühasirəyə alınıb və Türkiyə ordusu və onun müttəfiqlərinin növbəti hədəfi İŞİD-in "paytaxt" adlandırdığı Rəqqa şəhəridir.

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda Əl-Bab tamamilə mühasirəyə alınıb və şəhərdə döyüşlər gedir.

"Strateji cəhətdən əhəmiyyətli olan şəhər xəstəxana kompleksinin terrorçulardan təmizlənməsindən sonra, şəhərin tam olaraq azad olunması yaxın zamanın məsələsidir. Terrorçular şəhəri tərk edirlər", — deyə o bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə Suriyada 4-5 min kvadrat kilometrlik təhlükəsizlik zonasının yaradılması üçün əlindən gələni edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...