“Hərbçilərimizin meyitlərinin qaldığı ərazi bizim nəzarətimizdədir”

“Hərbçilərimizin meyitlərinin qaldığı ərazi bizim nəzarətimizdədir”


Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara münasibət bildirib

Müdafiə Nazirliyindən bildirilib ki, bu, erməni tərəfinin hadisəni spekulasiya etməsidir:


“Həlak olan hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar. Həmin ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beynəlxalq vasitəçilərin orada olması isə əlavə qan tökülməməsi üçün atılan addımdır”.

Nazirlik bildirir ki, Ermənistan tərəfinin bu cür məlumatlar yayması hazırda həyata keçirilməkdə olan humanitar əməliyyatın pozulmasına yönəlmiş addımdır.

Qeyd edək ki, bundan əvvəl ermənilər-qondarma “dqr” rejimi döyüş meydanında qalan Azərbaycan hərbçilərinin meyitlərini qaytarmağa hazır olduqlarını açıqlayıblar. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...