İlham Əliyev: “Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır”

İlham Əliyev: “Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır”


“Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır”

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində yeni “Ürək Mərkəzi”nin açılışında deyib.

O qeyd edib ki, son illər ərzində Azərbaycanda səhiyyə sahəsində çox böyük işlər görülüb, 600-dən çox xəstəxana, tibb obyekti əsaslı təmir olunub, yenidən tikilib: “Demək olar ki, bütün rayonlarımızda ya yeni tikilən, ya da əsaslı təmir olunan xəstəxanalar yaxşı xidmət göstərir. Demək olar ki, biz səhiyyə sahəsinin maddi-texniki bazasını artıq yaratmışıq. İndi Azərbaycanda ən mürəkkəb əməliyyatlar aparılır və bu gün bizim səhiyyə sistemimizin həm maddi-texniki təminatı, həm də keyfiyyəti böyük dərəcədə artır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə, Dünya Səhiyyə Təşkilatı bizdə bu sahədə görülən işlərə yüksək qiymət verib. Statistik göstəricilərdə də bu, özünü göstərir, insanların ömrünün uzunluğu artır, uşaq və ana ölümü azalır. Bu, səhiyyə sisteminin əsas göstəricilərindən biridir”.

*** 11.37

Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı və birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...