Saakaşvili Jirinovskini məhv etmək əmri verdi – Məxfi tarix

Saakaşvili Jirinovskini məhv etmək əmri verdi –


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2004-cü il avqustun əvvəlində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski və Moskvanın eks-meri Yuri Lujkovun da içində olduğu gəmini batırmaq haqda əmr verib.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Gürcüstan Hərbi Dəniz Qüvvələri komandirinin keçmiş müavini Viktor Çelidze söyləyib.

“Saakaşvili yanına Hərbi Dəniz Qüvvələrinin komandanı Zurab İremadzeni çağırdı və dedi ki, Suxumidən heyətində Jirinovski və Luşkovun olduğu gəmi gəlir. Bu gəmini batırmaq lazımdır. Biz bunu etmədik və iki gün sonra İremadze müəyyən edilə bilməyən səbəblər ucbatından həlak oldu”, – deyə o bildirib.

Qeyd edək ki, 2004-cü ilin 11 avqustunda Jirinovski öz partiyasının 40 nümayəndəsi ilə Abxaziyaya Akasiya gəmisində səfər edib. Gəmidə ümumilikdə 120 nəfər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...