Nazarbayev gələn ay Azərbaycana səfər edəcək

Nazarbayev gələn ay Azərbaycana səfər edəcək


Gələn ay Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatiya Akademiyasında çıxış edərkən deyib.

Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi ilə bağlı sualı cavablandıran E. Məmmədyarov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "Qazaxıstanla münasibətlərimizi ən yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edib, Qazaxıstanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibəti ilə təbrik edirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...