Deputatın qardaşı oğlu azadlığa buraxılıb

Deputatın qardaşı oğlu azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, N.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, N.Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. O, vətəndaşları işə düzəltmək adı ilə 30 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinirdi.
Təqsirlədnirilən şəxs zərərçəkmişə dəymiş zərəri ödəyib. Xatırladaq ki, N.Əhmədov deputat Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...