Valyuta hərracından sonra bəzi banklar dolları bahalaşdırdı

Valyuta hərracından sonra bəzi banklar dolları bahalaşdırdı
Bu gün hərracın nəticəsində dollar 1,7220 manatadək bahalaşıb.

Gundeminfo.az Fins.az-a istinadən xəbər verir ki, hərracdan sonra banklar dolların məzənnəsinə dəyişiklik edib.

Beləliklə, “Bank of Baku” və “Atabank” dolların həm alışını, həm satışını 1 qəpik bahalaşdırıb: “Bank of Baku” alışı 1,7000 manatdan 1,7100 manatadək, satışı 1,7400 manatadan 1,7500 manatadək; “Atabank” alışı 1,6800 manatdan 1,6900 manatadək, satışı 1,7400 manatdan 1,7500 manatadək.

“Unibank” yalnız dolların alış məzənnəsini bahalaşdırıb: 1,6800 manatdan 1,7100 manatadək.

“PAŞA Bank” və “Muğanbank” əksinə dolların satışını ucuzlaşdırıb: “PAŞA Bank” 1,7450 manatdan 1,7400 manatadək, “Muğanbank” 1,7350 manatdan 1,7300 manatadək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...