Ermənistanda seçici səsləri qanunsuz toplanılır - Aropa İttifaqı

Ermənistanda seçici səsləri qanunsuz toplanılır -


“Avropa İttifaqının nümayəndəliyi Ermənistanda seçicilərin təhdid edilməsindən, səslərin qanunsuz şəkildə toplanmasından və digər rəqabət aparan qüvvələrə kömək məqsədilə inzibati resursların sistemli tətbiqindən məlumatlıdır və buna görə narahatdır”

AzVision.az xəbər verir ki, bu haqda Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi bəyanat yayıb.

Bəyanatda bildirilib: "Qeyd etmək lazımdır ki, aprelin 2-də seçkilərlə bağlı bizim qiymətləndirməmiz yalnız seçki günü həyata keçiriləcək seçki prosesinin müşahidəsi ilə məhdudlaşmır. Biz seçicilərin təhdid edilməsindən, səslərin toplanma cəhdlərindən və digər rəqabət aparan qüvvələrə kömək məqsədilə inzibati resursların sistemli tətbiqi haqqında məlumatlı və narahatıq. Biz seçkilərdə iştirak edən bütün tərəflərə Ermənistan Seçki Məcəlləsinin müddəalarına sadiq qalmağa, müvafiq hüquq mühafizə orqanlarına, seçki insititutlarına qərəzssiz və inandırıcı şəkildə mövud qanunların həyata keçirilməsinə çağırırıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...