İslamiada: ilk yarış gününün təqvimi

İslamiada: ilk yarış gününün təqvimi


Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bütün idman növləri üzrə yarışların başlama saatları müəyyənləşib. Bununla əlaqədar “Report” İnformasiya Agentliyi İslamiadanın günlük təqvminin dərcinə başlayır.

Yarışlara mayın 12-də keçiriləcək açılış mərasimindən 4 gün əvvəl start veriləcək. İlk gündə futbol üzrə kişilər arasında qrup mərhələsinin oyunları baş tutacaq. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Kamerun yığması ilə üz-üzə gələcək. Görüş "Bayıl Arena"da keçiriləcək.

Futbol matçları üçün biletlərin qiyməti 3 manatadır.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. Tədbir saat 21:00-da başlayacaq. Bağlanış mərasimi isə 22 may saat 20:00-a təyin olunub.

8 may (bazar ertəsi)
Futbol
Qrup mərhələsi
Kişilər
10:30. Səudiyyə Ərəbistanı - Mərakeş
"Azal Arena"

12:30. Əlcəzair - Türkiyə
"Bayıl Arena"
16:30. Fələstin - Oman
"Azal Arena"
18:30. Azərbaycan - Kamerun
"Bayıl Arena"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...