Emmanuel Makronu 39 yaşında Fransa prezidenti edən qaranlıq güc – Yəhudi əsilli “boz kardinal” Attali kimdir?

Emmanuel Makronu 39 yaşında Fransa prezidenti edən qaranlıq güc –


Fransanın paytaxtı Parisdə yerləşən Yelisey sarayı dünən təntənəli mərasimə şahid oldu.

Prezident seçkilərində ultra-sağ “Xalq Cəbhəsi”nin namizədi Marin Le Peni devirən müstəqil namizəd, “İrəli” hərəkatının lideri Emmanuel Makron prezidentlik vəzifəsini rəsmi şəkildə Fransua Ollanddan təhvil aldı.

Bundan 3 il əvvəl fransız siyasətində adı belə çəkilməyən 39 yaşlı Makron vəzifəsini təhvil almasından sonra nüvə kodlarına sahib dünyanın ən gənc liderlərindən biri olacaq. Makronun karyerasının sürətli yüksəlişi uğur olaraq göstərilsə də, əslində bu bir siyasi transformasiya hekayəsidir.

Hər şey Əlcəzairin müstəqillik əldə etməsindən sonra Parisə köçmək məcburiyyətində qalan yəhudi ailənin uşağı iqtisadçı Jak Attalinin fransız sosial demokratlarının əfsanəvi lideri Fransua Mitteran ilə tanış olmasından sonra başladı. Sosialist Partiya baş katibi ilə görüşən Attali qısa vaxt ərzində “beyin komandası”na girdi və Mitteranın seçki kampaniyasının direktoru oldu.

Partiyanın fəhlə sinfinə əsaslanan klassik marksist iqtisadi nəzəriyyəsini yenidən şərh edən Attali orta təbəqəni də öz tərəfinə çəkən yeni platforma formalaşdırdı. 1981-ci il seçkilərində orta sinfin problemlərini də dilə gətirən Mitteran 5-ci Respublikanın prezidenti seçildi. Mitteranın zəfəri ilə “xüsusi müşaviri” statusu alaraq Yelisey sarayına yerləşən Atttali beləliklə, Fransa sosial-demokratlarının liberallaşma dövrünü başlatdı.

Avropa Yenidənqurma və İnkişaf Bankının ilk prezidenti kimi 1991-ci ilə qədər prezident yanında işləyən Attali sosial-demokratların kabinetinə Fransua Ollandın arvadı Segolin Royal kimi kadrların daxil olmasını təmin etdi. Məşhur iqtisadçının məsləhətləri ilə karyerist gənclərdən formalaşan geniş bir kütlə Sosialist Partiyasına daxil oldu. Yenə də partiyanın sosial-demokrat əsaslarından uzaqlaşması üçün “təsisçi ata”nın vəfat etməsi lazım idi. 1996-cı ildə Mitteranın ölümü ilə birlikdə partiya idarəetməsi tamamilə kadrların əlinə keçdi.

Qlobalist düşüncənin Avropa və Fransada bayraqdarı vəzifəsini yerinə yetirən Attalinin təsir dairəsi təkcə sosial-demokratlarla çərçivələnmədi. 2007-ci ildə universitetləri şirkətlər üçün kadr yetişdirən bir təsisata çevrilməsi islahatını hazırlayan Attali 2012-ci ildə Olland hökumətinin iqtisadi sahədə həlledici siması oldu. Daimi olaraq səhnə arxasında qalan və dövlət işlərini özünün rolu yox imiş kimi aparmağı xoşlayan məşhur iqtisadçı Rotşildin yanına yerləşdirdiyi şagirdi Emmanuel Makronu Ollandın kabinetinə daxil edərək aradan itdi.

Şagird səhnəyə çıxır

Sosialist Partiyanın ən sol qanadında yer alan Arno Monteburq iqtisadiyyat naziri olduğu müddətdə Ollandın liberal dəyişikliklərə yönəlməsi ilə başlayan proses Emmanuel Makron adlı gənc siyasətçinin kabinetə girməsi ilə nəticələndi.

Gənc nazirin ilk fəaliyyəti öz adını verdiyi qanunu, işçi haqlarını sahibkarların xeyrinə dəyişən qanun layihəsini parlamentə təqdim etməsi oldu. Fransada gecə iğtişaşlarına səbəb olan bu qanun çox az səs fərqi ilə parlamentdən keçdi. Qəribədir ki, bu qanunun qəbulunda ittiham olunan tərəf Makron deyil, Sosialist Partiya oldu. Attali nəhayət ki, qlobalist və avromərkəzçi fikirlərin daşıyıcısı olan, media üçün maraqlı siyasi lider əldə etmişdi. Attali düz 3 il sonra “Makronu mən yaratdım” deyəcəkdi.

“Müstəqil”in zəfəri

Makronun iqtisadiyyat naziri olması sadəcə 2 il davam etdi. Prezident seçkilərinə bir il qalmış gənc siyasətçi kabinetdən uzaqlaşaraq özünə siyasi hərəkat yaratdı. Zatən biznes dünyasında uğurları ilə tanınan gənc oğlan sponsor tapmaqda çətinlik çəkmədi, ancaq anonim sponsorlarının da adını açıqlamadı. Dinamik görünüşü və liberal vədləri ilə gənclərin sevgisini qazandı. Media tərəfindən ulduz kimi təqdim olundu.

Marginallaşmış mərkəz-sağ və mərkəz-sol partiyaları ilə münasibətlərinin olmadığı görüntüsü verərək, özünü qorudu. Seçki kampaniyası müddətində hər namizədin cinayət siyahısı açıqlanarkən böyük etirazlarla qarşılaşan “Makron qanunu” belə gündəmə gəlmədi. Nəticədə irqçi mövqeyinə görə şeytanlaşdırılan Marin Le Pen önündə asan zəfər qazandı. Makronun Yeliseyə gəlməsi ilə Atalinin yandırdığı qığılcım prosesi başa çatdı. Prezidentlik kürsüsü siyasi əlaqələri səbəbi üzündən kapital ilə əlaqə yarada bilməyən liderlərdən müstəqil birinə keçdi.

Fransız filosof Regis Debray seçkidən əvvəl “Le Monde” qəzetinə verdiyi müsahibədə verdiyi açıqlamada “Avropa Amerikan İmperiyasının bir vilayəti oldu”, dedi. Makronun qələbəsi isə Fransanı bu qlobalist imperiyanın yeni qalası halına gətirdi.
/avropainfo/


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...