Özbəkistanın bir qrup yazar və jurnalisti Zəhra Quliyevanın məzarını ziyarət edib

Özbəkistanın bir qrup yazar və jurnalisti Zəhra Quliyevanın məzarını ziyarət edib

Azərbaycanda səfərdə olan Özbəkistanın bir qrup yazar və jurnalisti Füzuli rayonunun Alıxanlı kəndinə baş çəkib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, cəbhə bölgəsində olan mətbaut nümayəndləri iyulun 4-də erməni hərbçiləri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət ediblər.
Daha sonra hadisənin baş verdiyi əraziyə baxış keçiriblər. Burada kənd sakinləri və Quliyevlər ailəsi ilə görüşən qonaqlara cəbhə kəndindəki vəziyətlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, erməni hərbçiləri kəndi tez-tez atəşə tuturlar: "Ancaq yerli əhali Azərbaycan ordusuna güvənir. Bu səbəbdən də cəbhəyanı kənd sakinləri hec nədən qorxmayaraq gündəlik işləri və əkin biçinlə məşğul olurlar".
Sakinlərlə görüşən nümayəndə heyətinin üzvləri qeyd edib ki, onların bölgəyə səfərinin əsas məqsədi burada baş verənləri öz gözləri ilə görüb ətraflı informasiya toplayaraq öz ölkələrində yaymaqdır.
Qeyd edək ki, Özbəkistanın yazar və jurnalistlərindən ibarət nümayəndə heyətinin səfərini Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkil edib.
Nümayəndə heyətinin tərkibinə Özbəkistanın tanınmış yazarı-jurnalisti, aparıcı “Dərəxçi” xəbər saytının baş redaktoru Rüstəm Cabbarov, “Uzbekistantoday” (ut.uz) İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Dilbar Babacanova, ən çox oxunan “kun.uz” xəbər saytının jurnalisti Lola Raxmanbayeva, Özbəkistanın aparıcı “1news.uz” xəbər saytının baş redaktoru Şuxratjon Oripov, “kultura.uz” saytının baş redaktoru Boris Babayev, Özbəkistan Dövlət Televiziyasının jurnalisti Elmira Tuxhtavatulina, Özbəkistanın “102 FM” radiosunun jurnalisti, xəbər saytların muxbiri Rimma Sabircanova, Özbəkistanın “Ailəvi kanalı”nın jurnalisti Gulya Safayeva, o cümlədən, tarixçi-alim Şuxrat Salamov, Özbək şairə, yazıçı Şəhla Qasımova və Özbəkistanın çoxsaylı aparıcı xəbər saytlarının şərhçisi Abduvali Soibnazarov daxildir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...