Gülnarə Kərimova mütəşəkkil cinayətkarlıqda ittiham edilir — 12 ölkədə aktivləri var

Gülnarə Kərimova mütəşəkkil cinayətkarlıqda ittiham edilir —


"Ölkə.Az" xəbər verir ki, Gülnarə Özbəkistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham edilir.

Gülnarə Kərimova mütəşəkkil cinayətkar qruplaşma ilə əlaqədə ittiham edilir. Bu qruplaşmanın 12 ölkədə mal varlığı var. Bu barədə Özbəkistan prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir: "İstintaq materiallarına əsasən 12 xarici ölkənin ərazisində cinayətkar qruplaşmanın qauniləşdirdiyi 1.394 milyard dollar, 63.5 milyon avro, 27.1 milyon funt sterlinq və 18.5 milyon frank var. İsveçrə ərazisində 777.8 milyon dollar pul və Koloni şəhərində 18.5 milyon frank dəyəri olan villa götürülüb. Bundan başqa cinayətkar qruplaşmanın Fransa, Honkonq, İsveç, Böyük Britaniya, Latviya, İrlandiya, BƏƏ, Malta, İspaniya və Rusiyada pul vəsaiti və mülkləri var.

Bundan başqa Gülnarə Kərimovanın külli miqdarda vergidən yayınma halları da üzə çıxıb.

Kərimova 6 maddə üzrə ittiham edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...