Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

APA-nın xəbərinə görə, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb. Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkmənistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Q. Berdiməhəmmədov rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.


Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək görüşü olub



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...