Ölülər gəlir, yeməklərin dadına baxır - Azərbaycanda qeyri-adi mərasim/ FOTO

Ölülər gəlir, yeməklərin dadına baxır -

Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin maraqlı adət-ənənələri və fərqli mətbəxi mövcuddur. Bu xalqlardan biri də Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayan ingiloylardır. Onlar ildə iki dəfə ölüləri ziyarətetmə mərasimini qeyd edirlər. GUNDEMİNFO.AZ xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı Qax rayonunda ingiloyların qeyd etdiyi ölüləri ziyarətetmə mərasiminə qatılıb.

Ölüləri ziyarətetmə mərasimi

Azərbaycan ərazisində yaşayan ingiloylar xristian dininə sitayiş edirlər. Onların dini düşüncəsinə görə, insanlar öləndən sonra o biri dünyaya köçürlər və orada bu dünyadakı həyatlarını davam etdirirlər. Bu səbəbdən də, onlar qəbirüstə çıxma mərasimində, evdə hazırlanan yeməkləri, şirniyyatları, meyvə-tərəvəzi, müxtəlif şirələri, alkoqollu içkiləri özləri ilə aparıb doğmalarının qəbirlərinin üstünə düzürlər.

Daha çox diqqət etdikləri məqam odur ki, qəbir üstünə ölünün ən çox xoşladığı yeməyi aparsınlar. Standart olaraq, qəbir üstünə həm də plov, içliyi şordan hazırlanan gürzə (xəmir xörəyi – red.) və çaxır aparılır. Onlar düşünürlər ki, ölü gəlib həmin süfrədəki nemətlərin dadına baxır və sahibindən razı gedir.

Qax rayonunda gürcülərin qeyd etdiyi ölüləri ziyarətetmə mərasimi


Mərasimin başlanğıcında qəbrin üstündə şamlar yandırılır. Sonra nemətlər qəbrin üstünə düzülür və saqmel tökmə mərasimi olur. Saqmel — şam ağacının üzərindəki yapışqan maddədən hazırlanır. Həmin sarı rəngli yapışqan yığılır, qurudulur, ovulur və istifadə olunur. Bu mərasim tərcümədə "ölünün adına duz tökmə" mərasimi adlanır.

Həmin saqmel, adətən çömçədəki közün üzərinə tökülür. Saqmel töküldükdən sonra, mütləq ölünün kişi qohumu əlində çaxır və ya araqla mərasimin açılışını elan edir. Bundan sonra hamı oturub yeyib-içir və evinə qayıdır.

Ölülər gəlir, yeməklərin dadına baxır -

Ölülər gəlir, yeməklərin dadına baxır -

"Bu mərasimi valideynlərimizdən bizə, bizdən də övladlarımıza ötürəcəyimiz ən dəyərli sərvət hesab edirik. Həmin gün bütün qohum-əqrəba bir yerə yığışır, görüşür və ölülərimizi yad edirik. Ölülərimizin ruhunu, onların xoşladıqları kimi süfrə açıb adlarına duz tökərək şad etdiyimizi düşünürük" – deyə Tina Babucaşvili bildirib.

Onların dini düşüncəsinə görə, adamlar öləndə bu dünyadan o biri dünyaya köçürlər və orada bu dünyadakı həyatlarını davam etdirirlər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...