“Saakaşvili nə ekstradisiya ediləcək, nə də həbs olunacaq” - Ukraynanın baş prokuroru

“Saakaşvili nə ekstradisiya ediləcək, nə də həbs olunacaq” -
Ukraynanın baş prokuroru: “Saakaşvili nə ekstradisiya ediləcək, nə də həbs olunacaq”

Ukraynanın baş prokuroru Yuri Lusenko bildirib ki, Mixail Saakaşvili Ukraynadan çıxarılmayacaq və sərhəddəki hadisəylə əlaqədar həbs edilməyəcək.

Virtuala.org bildirir ki, bu barədə Ukrayna KİV-i xəbər yayıb.

"Mən, baş prokuror kimi, sizə aydın və dəqiq deyirəm: Saakaşvili bu iş üzrə həbs edilməyəcək. Nə qədər ki, onda daimi yaşamaqla bağlı şəhadətnamə və ya başqa sənədlər var, hansıları ki, o təqdim edir, Saakaşvili bu ölkədən ekstradisiya da oluna bilməz", - deyə baş prokuror vurğulayıb.

Lusenko daha sonra əlavə edib: "Kimlər ki, onu sərhəddən keçiriblər, cinayət işi üzrə problemləri olacaq, amma həbs edilməyəcəklər. Lakin kimlər ki, Ukrayna sərhədçilərini vurublar, həbs ediləcəklər. Onlar yeddi il oturmalıdır ki, bütün siyasətçilər yadda saxlasınlar: mitinq etmək olar, hətta lazımdır, amma Ukrayna sərhədini qoruyan əsgərləri vurmaq olmaz!".

Baş prokuror həmçinin qeyd edib ki, Saakaşvili Ukrayna vətəndaşlığı ilə bağlı öz problemini həll etmək imkanına malikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...