Hacı Qalibin oğlunun həbs qərarını verən MÜSTƏNTİQ: “...rəhbərlik qiymət verir”

Hacı Qalibin oğlunun həbs qərarını verən MÜSTƏNTİQ:

Xəbər veriyimiz kimi, Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə oğlu Əlihüseyn Salahzadə həbs olunub. Q.Salahzadə oğlunun sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunduğunu iddia edib.

Məsələ ilə bağlı Unikal.org Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevlə əlaqə saxlayıb. O, saytımızın əməkdaşına açıqlamasında provakasiya xarakterli sual verməməyi tövsiyyə edib.

A.Abıyev bildirib ki, müstəntiq kimi onun gördüyü işlərə rəhbərlik qiymət verir:

"Mənim gördüyüm işlərə rəhbərlik qiymət verir. Məni başqa heç nə maraqlandırmır. Xahiş edirəm bu məsələ ilə bağlı məni narahat etməyin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...