Nə işdən çıxarılırlar, nə də maaş alırlar — "Dondurulmuş" əmək haqqı alanların çıxılmaz durumu

Nə işdən çıxarılırlar, nə də maaş alırlar —

Büdcədən maliyyələşdirilən müəssələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş və işlə təmin edilməmiş məcburi köçkünlər 2018-ci ilin yanvar ayından maaş üzünə həsrətdir.

Gundeminfo.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, hazırda 6951 nəfər dondurulmuş maaş alan şəxs var. Artıq 9-cu aydır ki, dövlətdən "dondurulmuş" əmək haqqı almalı olan şəxslərə maaş verilmir. Maraqlıdır ki, həmin şəxslər nə işdən çıxarılır, nə də maaşlarını nə vaxt alacaqlarını bilirlər.

Belə ki, Nazirlər Kobinetinin "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş və işlə təmin edilməmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarın 2-ci hissəsində müddətin uzadılması barədə hər il verdiyi qərarların hər birində müvafiq nazirliklərə "tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsi" ayrıca maddə ilə tapşırılıb. Ancaq "dondurulmuş" əmək haqqı alan şəxslər bildirir ki, onları işlə təmir etməyiblər.

9 aydır "dondurulmuş" əmək haqlarını ala bilməyən vətəndaşlar dəfələrlə Prezident aparatının qarşısında, "Qaçqınkom"un qarşısında etiraz aksiyaları keçiriblər. Dəfələrlə "Qaçqınkom" sədri Əli Həsənovun qəbulunda olub və maaşlarını alacaqları ilə bağlı vədlər eşidən vətəndaşlar artıq nə edəcəklərini bilmirlər.

"Dondurulmuş" əmək haqlarını ala bilməyən vətəndaşların sözlərinə görə, onları işlərindən də çıxarmırlar. Qurumlar arasında ötür-ötür oyunu gedir. Belə ki, "Qaçqınkom" maaşlarını ala bilməyənləri məşğulluq idarələrinə göndərir. Təbii ki, adlarının qarşısında işləyir yazılanı məşğulluq idarəsi qəbul etmir və beləcə 6951 nəfər ortalıqda qalıb.

"Dondurulmuş" əmək haqlarını ala bilməyən vətəndaşlar bildirir ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq bizi işdən də azad etmirlər, ancaq özünüz ərizə yazıb çıxın deyirlər. Bilirlər ki, qanuna görə konpensasiya ödəməli olacaqlar.

Qeyd edək ki, son çarə olaraq məcburi köçkünlər yenidən aksiyalar keçirməyə başlayacaqlarını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...