ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır - FOTOLAR

ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -

ETSN tərəfindən həyata keçirilmiş tədbirləri əks etdirən stendlər “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır. “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində görülmüş işlər nümayiş etdirilir.

Nazirlikdən biolife.az-a verilən məlumata görə, sərgidə ETSN tərəfindən ölkədə yaşıllıq ərazilərinin miqyasının artırılması, meşə ilə örtülü sahələrin genişləndirilməsi, xüsusilə son ildə geniş miqyasda aparılan aqromeşə massivlərinin salınması, müxtəlif cinslərdən ibarət meyvə tinglərinin yetişdirilməsi, bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, ekoturizmin inkişafı və milli parklarda nümunəvi xidmət infrastrukturunun yaradılması, su ehtiyatlarının idarə olunması, müşahidə və monitorinq sisteminin modernləşdirilməsi, təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə həyata keçirilmiş tədbirləri əks etdirən stendlər ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərgidə aşağıdakı stendləri nümayiş etdirir:
1. Meşə ilə örtülü ərazilərin artırılması;
2. Aqromeşə massivləri;
3. Əkin materiallarının yetişdirilməsi;
4. Bioloji müxtəlifliyin mühafizəsi;
5. Ekoturizmin inkişafı;
6. Yaşıllaşdırma layihələri;
7. Xəzər dənizi hövzəsinə buraxılmış qiymətli balıq növləri;
8. Ekoloji monitorinq sistemi;
9. Geoloji kəşfiyyat xidməti;
10. Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi;
11. Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması;
12. Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi;
13. Geodeziya və kartoqrafiya;
14. Hidrometeoroloji müşahidə sisteminin modernləşdirilməsi.
Eyni zamanda sərgi salonunda ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilmiş fəaliyyətləri əks etdirən fotoslaydlar, videoçarxlar, həmçinin ölkənin müxtəlif ərazilərində, xüsusilə yüksək dağlıq ərazilərdə fəaliyyət göstərən müşahidə sistemlərinin onlayn görüntüləri yayımlanır.
Ekoloji problemlərin həllində mühüm əhəmiyyət kəsb edən və maariflənmə missiyasını yerinə yetirən “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi 16 noyabr 2017-ci il tarixinədək davam edəcək.


ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -
ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -
ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -
ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -
ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -
ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -
ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -
ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -
ETSN-nin syendləri “Caspian Ecology” 2017 sərgisində maraqla qarşılanır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...