“Qarabağ”dan möhtəşəm xareoqrafiya - FOTO

“Qarabağ”dan möhtəşəm xareoqrafiya -

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Çelsi” matçının startında möhtəşəm xoreoqrafiya nümayiş etdirilib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada nəhəng plakatda “The glorious” (Şərəf “Qarabağ) və “Far away from home but where you belong” (“Evdən uzaq, amma aid olduğun yer”) sözləri yazılıb. “Qarabağ” azarkeşləri bununla dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajını veriblər.

Xatırladaq ki, Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel oktyabrın 10-da keçirilən “Qarabağ” – “Atletiko”oyununda azarkeşlərin hazırladığı plakatı təhqir etmişdi. Belə ki, o, “Ezik kareoqrafi" adlı köşəsində tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırmışdı.

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olmuşdu. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinmiş, yazar isə sosial şəbəkədə Azərbaycan xalqından üzr istəmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...