Peterburqda səs-küylü cinayət: biznesmen Mustafayevin arvadını da tutdular

Peterburqda səs-küylü cinayət:

Peterburqda dekabrın 25-də Su muzeyindən məktəbliləri Kirovsk şəhərinə daşıyan avtobusun sürücüsünə qarşı hücumun iştirak çısı olmuş qadın da tutulub. Virtualaz.org xəbər verir ki, bu barədə RF İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Peterburqda səs-küylü cinayət:

Zülfiyyə Seyidmuradova dekabrın 28-nə keçən gecə tutulub. Hadisə yerində onunla birgə olmuş Əlizadə Mustafayevə qarşı artıq ittiham irəli sürülüb və hazırda Seyidmuradovaya ittihamın irəli sürülməsi və onlar barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll olunur. Hər iki saxlanılan cinayət əməli törətdiklərini etiraf ediblər.

Avtobus sürücüsünə hücumla bağlı RF Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsi üzrə cinayət işi başlanıb. Daha əvvəl isə eyni fakt üzrə “adam öldürməyə cəhd” maddəsi ilə iş başlanmışdı. Hazırda bu iki cinayət işi birləşdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...