Azərbaycanın xalq artisti Çingiz Sadıxov vəfat edib

Azərbaycanın xalq artisti Çingiz Sadıxov vəfat edib

Dekabrın 30-da ABŞ-da Azərbaycanın xalq artisti, görkəmli pianoçu Çingiz Sadıxov vəfat edib. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev sosial şəbəkələrdəki hesabında bildirib.

Cingiz Sadıxov 1929- cu il aprelin 5-də Bakıda anadan olub.

İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində, 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb.

1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərib.

Məşhur Azərbaycan müğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləyib, onları royalda müşayiət edib.

1994-cu ildən ABŞ-da San-Fransisko şəhərində yaşayıb. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunub.

Azərbaycanın tanınmış musiqiçisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıxova təbrik məktubu göndərmişdir.

1959-cu ildə Azərbaycanın “Əməkdar artisti”, 1987-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

2009-cu ildə oktyabrın 28-də Azərbaycan prezidentinin sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...