Bayılda sürüşməyə meylli ərazidə 67 ev müəyyənləşib - Qərargah

 Bayılda sürüşməyə meylli ərazidə 67 ev müəyyənləşib -

Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargah müvafiq tədbirlər həyata keçirib.

Qərargahdan APA-ya bildirilib ki, mütəxəssislər ərazidə araşdırmalar aparıb. Bayıl yamacında sürüşməyə meylli, riskli ərazidə 67 ev müəyyənləşib. Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkündür.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onların məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb.

Qərargahdan verilən məlumata görə, Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir. Sürüşmə hadisəsı müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki proseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meylli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən xüsusi araşdırmalardan sonra verilib: "Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyildir. Hazırda ciddi narahatlığa əsas yoxdur və ərazi aidiyyatı qurumlar tərəfindən nəzarətdədir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...