Ərdoğan Amerikaya səfərinin təxirə salınma səbəbini – Açıqladı

Ərdoğan Amerikaya səfərinin təxirə salınma səbəbini –

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikasına səfərinin təxirə salınmasının səbəbini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı məlumat verib.

O bildirib ki, səfərin təxirə salınmasında əsas səbəb Afrin əməliyyatlarıdır:
“Bu əməliyyatlar davam etdiyi bir vaxtda ölkədən bir həftə uzaqda qalmaq niyyətində deyiləm. “Zeytun budağı” hərəkatı başa çatdıqdan sonra səfərimi gerçəkləşdirəcəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...