""Vurulması ilə bağlı sübut yoxdur" - Binəli Yıldırımdan helikopter açıqlaması

""Vurulması ilə bağlı sübut yoxdur" -

Türkiyənin Baş naziri Binəli Yıldırım 2 əsgərin şəhid olduğu helikopter qəzası ilə bağlı danışıb.

Axar.az xəbər verir ki, Yıldırım helikopterin vurulmasına aid hər hansı bir sübutun olmadığını bildirib.

“Sübut yoxdur, ancaq bütün ehtimalları nəzərdən keçiririk. Silahlı Qüvvələr bu sahədə araşdırmalara davam edir. Araşdırma hələlik tamamlanmayıb”, - Yıldırım bildirib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə məxsus helikopterin qəzaya düşməsi nəticəsində 2 pilot şəhid olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
725 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...