Dilqəm ailəsinə məktub yazmaq istəmir, Şahbazdan isə xəbər yoxdur

 Dilqəm ailəsinə məktub yazmaq istəmir,

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev çoxdandır ailələrinə məktub göndərmir.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov AzVision.az-a deyib ki, atasından sonuncu dəfə noyabr ayında məkub alıb.
“Qırmızı Xaç Komitəsi atam haqqında şifahi məlumat verir ki, görüş keçirilib, vəziyyəti yaxşıdır. Lakin məktəb almırıq. Deyirlər ki, özü yazmaq istəmir və biz də məcbur edə bilmərik. Fikrimcə, babam rəhmətə gedəndən sonra atamın ümidi kəsilib. 2017-ci ilin martında babam rəhmətə gedib, o xəbəri biz deyəndən sonra atam iki dəfə məktub göndərib”.

İlham Quliyev də qardaşı Şahbaz Quliyevdən xəbərsiz olduğunu deyib: “Heç bir məlumatımız yoxdur. Bir aydan çoxdur ki, məktub yazmışıq. Lakin Qızıl Xaç Komitəsindən nə bir söz deyirlər və nə də məktub var. Şahbaz iki aydan çoxdur evə məktub göndərmir”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
213 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...