Avropadan Ankaraya Afrin tələbi: Ordu geri çəkiləcək?

Avropadan Ankaraya Afrin tələbi:

Avropa Parlamenti Türkiyənin Afrin əməliyyatlarını dayandırması ilə bağlı qanun layihəsini Strasburqda müzakirəyə çıxaracaq.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

AP-nin qanun layihəsində Türkiyənin Suriyada apardığı əməliyyatların ABŞ-la münasibətlərinə zərbə vurduğu, tərəflər arasında gərginlik yaratdığı qeyd edilib:

“Türkiyənin Suriyada qurucu siyasət yürütməsinin tərəfdarıyıq. Orada yeni cəbhələrin açılması Türkiyənin təhlükəsizliyi üçün də təhdiddir. Türk hərbçiləri Afrindən çıxmalıdır. Təkcə Afrində deyil, bütün Suriya ərazisində atəşkəs elan edilməlidir”.

Sözügedən sənədin parlamentin müzakirəsində qəbul ediləcəyi ehtimal olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...