Azərbaycanlı 12 maşını əzdi: Türkiyədə ağır qəza - Video

Azərbaycanlı 12 maşını əzdi:

İstanbulun Başakşəhər ərazisində ağır qəza baş verib. Axar.az Türkiə mediasına istinadla xəbər verir ki, qəza azərbaycanlı Azər Əliyev idarə etdiyi su maşınının əyləc sistemində yaranan problem səbəbindən olub.

Belə ki, Azər Əliyev 34 TZ 0024 nömrə nişanlı su maşınını park edərək, altına girib və təmir etməyə başlayıb. Bu zaman əl əyləci sıradan çıxıb və maşın arxaya doğru gedib. Nəticədə ümumilikdə 12 maşını əzib.

Azər Əliyev ağır yaralanıb və ambulansla xəstəxanaya qaldırılıb. Qəza səbəbindən Atatürk Bulvarında yol bir istiqamətdə bağlanıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...