ABŞ-ın yeni marşrutu: Hərbi yüklər Azərbaycandan daşınacaq

 ABŞ-ın yeni marşrutu:

Qazaxıstan Parlamentinin Senatı (Yuxarı Palata) Əfqanıstanda sabitliyin bərpası şəraitində respublika ərazisindən xüsusi təyinatlı yüklərin dəmiryolu üzərindən kommersiya məqsədilə tranzitinin həyata keçirilməsi üçün ABŞ-la hökumətlərarası sazişə dəyişikliklərin edilməsi ilə bağlı protokolu ratifikasiya edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qanun layihəsi Qazaxıstan parlamentinin Məclisi (Aşağı Palata) tərəfindən 2018-ci ilin martında nəzərdən keçirilib və təsdiqlənib.

Beynəlxalq Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin məlumata əsasən, protokol Aktau və Kurık limanlarının xüsusi yüklərin marşrutuna daxil etməyə imkan verir ki, bu da Xəzər dənizi üzərindən Əfqanıstana yük daşımalarının həyata keçirilməsinə imkan verir.

“Əfqanıstanda kontingentin təmin olunması üçün əsas marşrut Pakistandan keçir, lakin bu ölkədəki hərbi-siyasi qeyri-sabitlik, həmçinin ikili münasibətlərdə fikir ayrılıqları ilə bağlı ABŞ tərəfindən alternativ marşrut hazırlanıb. Yeni marşrut üzrə yüklər Azərbaycan ərazisindən Xəzər vasitəsilə Qazaxıstana (Aktau və Kurık), oradan isə dəmiryolu vasitəsilə Özbəkistan və Əfqanıstana çatdırılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...