Ermənistan müxalifəti Yerevanda irimiqyaslı etiraz aksiyası keçirəcək

Ermənistan müxalifəti Yerevanda irimiqyaslı etiraz aksiyası keçirəcək
Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan aprelin 29-dan Yerevanda etiraz aksiyalarına yenidən start veriləcəyini bəyan edib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan mitinqin daha irimiqyaslı olacağına əminliyini bildirib.
Qeyd edək ki, Paşinyan paytaxt Yerevanda etiraz aksiyalarına ikigünlük (27-28 aprel) fasilə verərək, Gümrü və Vanadzor da daxil olmaqla ölkənin bir neçə bölgəsinə səfər edib.Xatırladaq ki, sabiq prezident S. Sərkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...