Bakıda yaşayış evlərinin yanması ilə bağlı FHN məlumat yaydı (VİDEO)

Bakıda yaşayış evlərinin yanması ilə bağlı

Fövqəladə Hallar Nazirliyi Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb. Gundeminfo.az - ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

14:03

Bakıda fərdi yaşayış evləri yanır. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Ceyhun Hacıbəyli küçəsində, "Azərbaycan” Universitetinin arxasında qeydə alınıb. Bir-birinə bitişik fərdi yaşayış evlərində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...