Azərbaycan Ai-95 benzini Rusyadan, Ai-98 benzini isə Belarusdan idxal edir

Azərbaycan Ai-95 benzini Rusyadan, Ai-98 benzini isə Belarusdan idxal edir

Azərbaycan 2018-ci ilin birinci rübündə $14 mln. 125,29 min dəyərində 20 min 338,76 ton «Premium Euro-95» markalı avtomobil benzini idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

«2018-ci ilin birinci rübündə Azərbaycana 20 min 338,76 ton həcmində «Premium Euro-95» markalı avtomobil benzini idxal olunub. 2017-ci ilin birinci rübü ərzində respublikaya $8 mln. 260,34 min məbləğində 12 min 536,66 ton benzin idxal olunub. Bununla da ötən ilin yanvar-mart aylarında AI-95 markalı benzinin Azərbaycana idxal həcmi miqdar ifadəsində 62,2%, dəyər ifadəsində 71% artıb», – hökumətdən bildirilir.

2018-ci ilin birinci rübündə “Premium Euro-95” markalı avtomobil benzininin bütün ixrac həcmi Rusiyanın payına düşüb.

Bundan əlavə, cari ilin birinci rübündə Azərbaycana $304,88 min məbləğində 349,5 ton həcmində «Super Euro-98» markalı benzin idxal olunub. Bunun bütün həcmi Belarusun payına düşüb.

2017-ci ilin yanvar-mart aylarında respublikaya $342 min dəyərində 529,48 ton «Super Euro-98» markalı benzin idxal olunub. Beləliklə, 2018-ci ilin birinci rübündə bu məhsulun idxal həcmi miqdar ifadəsində 34%, dəyər ifadəsində 10,9% azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
727 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...