11 yaşlı azərbaycanlı uşaq İsveçdə hamını heyran qoydu - VİDEO

11 yaşlı azərbaycanlı uşaq İsveçdə hamını heyran qoydu -

İsveçin paytaxtı Stokholm şəhərində azərbaycanlı uşaq tamaşada oynadığı rolla hamını heyran qoyub

Böyük türk şairi Nazim Hikmətin vəfatının ildönümü ilə bağlı Stokholm Türk Teatrında təşkil edilən tamaşada azərbaycanlı Məhəmməd Əlininin "Dünyanı uşaqlara verək" şeiri türk icmasının və bütün tamaşaçıların alqışlarına səbəb olub.

Məhəmməd Əli Nəzərlinin şeirdən sonra “Nazim Hikmətin ruhu qarşısında baş əyirəm” deməsi alqışlarla qarşılanıb.

Tamaşa türk teatrının bədii rəhbəri Bürcü Ada Soysopun "Nazim Hikmət ölməyib, Nazim Hikmət Məhəmməd Əlininin simasında bir daha dünyaya göz açdı" sözləri ilə başa çatıb.

Məhəmməd Əli bir pərdəli musiqili tamaşada Şopenin, Motsartın əsərlərindən ifa edib.
Məhəmməd Əli tamaşadan razı qaldığını bildirib.

“Mən Azərbaycan türküyəm. Bununla qürur duyuram. Şərqdə ilk dəfə dramaturgiyanı Azərbaycan türklərinin böyük ədəbi, fikir insanı Mirzə Fətəli Axundov yaradıb”,-deyə jurnalistlərə musahibəsində söyləyib.






Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...